18:46
Ötən gecə Zərdabda baş verən ağır qəza ilə bağlı rəsmi açıqlama verilib.
Milli.Az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 9 avqust 2024-cü ildə, axşam saat 22:00 radələrində Zərdab-Mollakənd yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı avtomobildə 10 nəfər olub.
Qəza nəticəsində 2011-ci il və 2000-ci il təvəllüdlü şəxs (qadın cinsli) hadisə yerində vəfat ediblər.
Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib. Daha sonra onlardan 6 nəfər Ağcabədi Rayon Mərkəzi xəstəxanasının Travmatologiya şöbəsinə, 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub. Yaralılardan 2021-ci il təvəllüdlü şəxs (qadın cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasını Reanimasiya şöbəsinə yerləşdirilsə də, tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
Qeyd edək ki qəzada ölən və xəsarət alan şəxslərin hamısı qohumlar olublar.
11:02
Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızlarıdır.
Milli.Az APA-ya istinadən bildirir ki, vəfat edən daha bir uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı qızıdır
09:41
Zərdabda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, səhər saatlarında daha 1 nəfər ölüb.
09:19
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a bildirilib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
-----------------
2024.08.10
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vito" markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun