Kursk AES-in yerləşdiyi Kurçatovda və transformator yarımstansiyasında yanğın baş verib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat verib.
O bildirib ki, baş verən yanğınla əlaqədar qismən regionun beş rayonunda elektrik enerjisi kəsilib.
Smirnovun sözlərinə görə, Ukraynaya məxsus PUA vurulduqdan sonra qalıqları təhlükəli əraziyə düşüb. Bundan sonra yanğın başlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun