HƏMAS İsraillə girov razılaşmasının bir hissəsi olaraq FƏTH-in hərbi qanadının lideri Mərvan Barqutinin azad edilməsini tələb edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.
Məlumata görə, ABŞ da Barqutinin azad edilməsinə dəstək verib.
Qeyd edək ki, Barquti 2004-cü ildə İsrail tərəfindən beş israillinin öldürülməsi və çoxlu sayda yaralanması ilə nəticələnən terror aktlarına görə ömürlük həbs cəzasına məhkum edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun