Amerikalı müğənni Britni Spirs haqda çəkiləcək filmdə onu aktrisa Emma Roberts canlandıracaq.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müğənninin şəxsi assistenti Felitsiya Kulotta bildirib.
"Emma Roberts gözəl seçim olardı", - o deyib.
Qeyd edək ki, Britninin bu il yayımlanan və dərhal dünya bestsellerinə çevrilən sensasiyalı "İçimdəki qadın" memuarları filmin əsasını təşkil edəcək. Spirs ssenarinin yazılmasına və aktyor seçiminə şəxsən nəzarət edir ki, film olduqca subyektiv olsun.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun