"Ayaqlar yerdən kəsilib, duyğular qarışıq" - VİDEO

9 Avqust 2024 15:28

Aparıcı Lalə Azərtaş Xankəndinə yollanıb.

Milli.Az olay-a istinadən bildirir ki, bununla bağlı televiziya ulduzu sosial şəbəkə hesabında məlumat yayıb.

L.Azərtaş orada "Neyləyim?" adlı bəstəni pianoda ifa edib. Həmin anları izləyiciləri ilə bölüşən Lalə bu sözləri yazıb:

"Salam, Xankəndi. Ürək qürurlu, boğaz qəhərdən düyünlü tarix göz önündən keçir. Şəhidlərə sevgi və sonsuz minnət borcu, orduya sağlıq duası və Ali Baş Komandana ali heyranlıq duyğusu... Əllər göydə, ayaqlar da yerdən kəsilib, duyğular qarışıq... Və anidən uşaqların və notların səsi... Dərhal ağ-qara dillərə baxıram, hər kəsdən qeyri-professionallıq üçün üzr istəyirəm. Və "Ala gözlüm" ("Neyləyim?" - bir çox mənbələrdə yanlışlıqla "Ala gözlüm" kimi məşhur olan mahnı - red.) səslənir... Ətrafımdakı bütün ala gözlərdə eynən mən yaşadığım duyğuları görürəm... Möhtəşəm... Şükür sənə, İlahi".

Qeyd edək ki, Lalə Azərtaş ötən televiziya mövsümündə Xəzər TV-də "Təsir dairəsi" verilişini aparıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun