Sumqayıtda xəstəxanada yatan gəlinlərini qəsdən öldürdü

9 Avqust 2024 13:22

Avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən xəbərə görə, araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun