17:25
Hüseyn Abdullayev avqustun 2-də ürək nahiyəsində olan narahatlıqla bağlı Bakı İstintaq Təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.
Bu barədə Milli.Az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib.
"Məlumat üçün bildiririk ki, Hüseyn Abdullayevin səhhəti həkim nəzarətindədir", - məlumatda vurğulanıb.
Qeyd edək ki, keçmiş deputat Hüseyn Abdullayevin infarkt keçirdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
---------
10:55
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.
Milli.Az xəbər verir ki, məlumatı "Report"a onun vəkili Rəsul Cəfərov təsdiqləyib.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.
Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun