Yaşayış üçün ən bahalı və ən ucuz şəhərlərin adları

11 Avqust 2024 12:00

İsveçrənin Cenevrə şəhəri 2024-cü ildə yaşamaq üçün ən bahalı şəhər kimi tanınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu şəhər "Numbeo" yaşayış dəyəri indeksində birinci yerdədir.

Reytinq dünyanın 218 şəhərini əhatə edir və hər altı aydan bir dərc edilir. Burada dörd nəfərlik ailənin yaşayış dəyərinin müxtəlif aspektlərini əks etdirən bir neçə əsas indeksi nəzərə alınır.

Hərtərəfli qiymətləndirmə üçün "yaşayış dəyəri indeksi" istifadə olunur. O, ərzaq məhsulları, restoranlar, nəqliyyat və kommunal xidmətlər kimi istehlak mallarının nisbi qiymətlərini göstərir. Amma bu indeksə kirayə və ya ipoteka kimi yaşayış xərcləri daxil deyil.

2024-cü ildə ən bahalı şəhər 101.7 balla Cenevrə (İsveçrə) olub. İkinci yerdə İsveçrənin digər şəhəri Sürix qərarlaşıb (100.4 xal). Reytinqdə üçüncü yeri Nyu-York (ABŞ), üçüncü yeri isə San Fransisko (ABŞ) və Boston (ABŞ) tutub. Ən bahalı şəhərlər onluğuna həmçinin Reykyavik (İslandiya), Vaşinqton (Kolumbiya əyaləti, ABŞ), Sietl (ABŞ), Los-Anceles (ABŞ) və Çikaqo (ABŞ) daxildir.

Qiymətlərin ən münasib olduğu şəhərlər arasında isə Pakistan və Hindistan şəhərləri yer alıb: Kəraçi (19.0), Lahor (19.1) və Kəlkətə (21.1).

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun