Ukrayna ordusunun Kurska hücumu... - Pentaqon

9 Avqust 2024 08:40

Pentaqon Ukrayna qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətində əməliyyatını eskalasiya hesab etmir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Pentaqon rəsmisi Sabrina Sinqx çıxış edib.

"Bunun hər hansı bir şəkildə eskalasiya olduğuna inanmırıq. Ukrayna döyüş meydanında uğur qazanmaq üçün nə lazımdırsa, edir", - S.Sinqx deyib.

O əlavə edib ki, ABŞ Ukraynaya ehtiyacı olan vasitələrlə dəstəyini davam etdirəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun