Qazaxıstanın keçmiş DİN rəhbəri 5 il müddətinə həbs edildi

8 Avqust 2024 17:41

Astana Şəhər Cinayət Məhkəməsi keçmiş daxili işlər naziri Erlan Turqumbayevi 5 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Eks-nazir 2022-ci ilin yanvar ayında iğtişaşlar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə məhkum edilib.

"Məhkəmənin hökmü ilə Turqumbayev cinayət törətməkdə təqsirli bilinərək 10 il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Turqumbayevə qarşı korrupsiya cinayəti əlaməti olmadan ittiham irəli sürüldüyündən onun barəsində məhkəmənin qərarı ilə baxılması qərara alınıb. Məhkəmə məhkumun günahını etiraf etməsini, səmimi peşmanlığını və ilk dəfə cinayət törətməsini nəzərə alıb", - qərarda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun