Yaponiyada 7,1 ballıq zəlzələ - Xəsarət alanlar var - yenilənib - ANBAAN VİDEO

8 Avqust 2024 17:25

17:25

Kyuşu adası yaxınlığında baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində azı beş nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, Milli Meteoroloji İdarə Miyazaki prefekturası istisna olmaqla, bütün bölgələr üçün sunami təhlükəsi barədə xəbərdarlığı ləğv edib.

--------
12:42


Yaponiyada 6,9 və 7,1 bal gücündə ard-arda zəlzələ baş verib, Yaponiyanın cənubunda sunami xəbərdarlığı qüvvəyə minib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Meteorologiya Agentliyinin məlumatına görə, sunami xəbərdarlığı Yaponiyanın cənubundakı Kyuşu və Sikoku adalarının sahilyanı rayonları üçün verilib. Yaponiyanın ictimai kanalı NHK bildirib ki, Miyazaki, Koçi və yaxınlıqdakı digər prefekturalarda dalğalarn hündürlüyünün bir metrə çatması gözlənilir.

Amerika Birləşmiş Ştatları Geoloji Xidmətinin məlumatına görə, 6.9 bal gücündə ilk zəlzələ Kyuşu adasında Miyazaki sahillərindən 20 mildən az məsafədə baş verib, bir dəqiqədən az müddət sonra 7,1 bal gücündə daha güclü zəlzələ baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun