Braziliyanın Balneario-Kamboriu şəhərində dünyanın ən hündür göydələni tikiləcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı yerli hakimiyyət razılığa gəlib.
Məlumata görə, Barra do Sul ərazisində tikiləcək göydələn "Triumf Tower" adlanacaq.
Bina 544 metr hündürlükdə, Nyu Yorkun Mərkəzi Park Qülləsindən 72 metr hündür olacaq.
Yüz mərtəbəli, ümumi sahəsi 150 min kvadratmetr planlaşdırılan memarlıq işi ilə bağlı əlavə təfərrüat hələlik açıqlanmayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun