Medalı dişləyən idmançıları təqlid etdi, hamı ondan danışdı - VİDEO

8 Avqust 2024 15:31

Paris-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən bədii gimnastika yarışlarında medal qazanan çinli idmançı Çjou Yaqinin hərəkətləri gündəm olub. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, fəxri kürsüdə mükafatlandırma zamanı çinli gimnast rəqibləri Alise Damato və Manila Espositonu təqlid edib. 

Belə ki, Ç.Yaqin rəqiblərinin medalları dişlədiyini gördükdən sonra onları yamsılayıb. 

Çjou Yakinin bu hərəkəti sosial şəbəkələrdə tez bir zamanda yayılaraq gülüşlə qarşılanıb.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun