"Real"ın sabiq futbolçusu vəfat etdi - FOTO

8 Avqust 2024 09:54

İspaniyanın "Real" klubunun sabiq futbolçusu Eduardo Qonsales (Çato) vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Keçmiş yarımmüdafiəçi 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Eduardo Qonsales 1966-1969 və 1970-1971-ci illərdə "Real"ın formasını geyinib. O, "kral klubu"nun heyətində üç dəfə İspaniya çempionu olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun