Çinli üzgüçü və ikiqat Olimpiya çempionu Pan Çjanle Olimpiadadan sonra qoyun otarmaq üçün babasının yanına gedəcək.
Milli.Az oxu.az-a istinadən bildirir ki, onun babası Çjetsyan əyalətindəki bir kənddə yaşayır.
"O, kənd həyatını sevir. Hər dəfə mənə baş çəkməyə gələndə onu mobil telefonu ilə oynayan görmürdüm. Bunun əvəzinə it, qoyun və inək kimi heyvanlarla oynamağa üstünlük verirdi. Qoyunlarla gəzmək sanki dincəlməkdir. Qoyunlar onu gözləyir", - idmançının babası nəvəsi barədə danışıb.
Xatırladaq ki, Çjanle Parisdə (Fransa) keçirilən Olimpiya Oyunlarında 100 metr məsafəyə sərbəst üsulla üzməkdə Olimpiya çempionu olub. 19 yaşlı idmançı 46.40 nəticə göstərərək öz dünya rekordunu yeniləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun