Yunanıstanın Krit adası sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 137 min sakinin yaşadığı Heraklion şəhərindən 64 kilometr cənubda, ocağı 15 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Zəlzələ bütün adada, o cümlədən Kritin inzibati mərkəzində - Heraklion şəhərində hiss olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun