Tramp Kamala Harrislə tezliklə debata çıxacaqlarını bildirib

7 Avqust 2024 20:16

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Demokrat rəqibi, ABŞ vitse-prezidenti Kamala Harrislə debatının tezliklə baş tutacağını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o bu barədə Fox News telekanalının efirində deyib.

"Onunla yaxın vaxtlarda debat keçirəcəyimizi düşünürəm. Bu barədə tezliklə elan veriləcək", deyə bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun