İdmançını itələyən jurnalisti Olimpiadadan qovdular - VİDEO

7 Avqust 2024 16:13

2024-cü il Olimpiya Oyunlarının təşkilat komitəsi çinli stolüstü tennisçi Vanq Çukinlə toqquşan isveçli jurnalisti turniri işıqlandırmaqdan uzaqlaşdırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, internetdə kamerası olan qızın dünyanın birinci raketka ustasını itələməsi ilə bağlı video yayılıb.

Təşkilat komitəsi araşdırma apararaq belə qənaətə gəlib ki, jurnalist çinli oyunçuya qəsdən toxunub. RTHK-nın məlumatına görə, onu Parisdə Oyunları işıqlandırmaqdan uzaqlaşdırıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun