Rusiyanın Vladivostok şəhərində güclü yağış bir çox fəsadlara yol açıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəhərin küçələrində "palçıq fəvvarələri" əmələ gəlib, bazar ərazisini və küçələri su basıb, nəqliyyat vasitələri su içində qalıb. Bəzi maşınlar xarab olub və hərəkət edə bilmir. Avtobuslarda isə sərnişinlər dizlərinə qədər suyun içində otururlar.
Şəhərdə, həmçinin fırtına xəbərdarlığı elan edilib.
"Vladivostokda təhlükəli hadisələrlə bağlı xüsusi fırtına xəbərdarlığı elan edilib. Yaxın iki saat ərzində şəhərə güclü yağış yağacağı gözlənilir", - deyə şəhər administrasiyasının "Telegram" kanalında bildirilib.
Şəhər administrasiyasının məlumatına görə, yağıntının miqdarı 70 mm-ə qədər olacaq və təhlükə kriteriyasına çatacaq. Şəhərdə güclü yağışın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun