İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - VİDEO

7 Avqust 2024 11:24

Paris-2024 Yay Olimpiya Oyunlarında iranlı idmançı Amin Mirzəzadənin rəqibi Sabah Şəriətiyə etdiyi jest diqqət çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriətini çiyninə qaldıraraq meydanda gəzdirib.

İdmançının bunu etməsinə səbəb, Sabah Şəriətinin karyerasını bitirməsi olub. Belə ki, iranlı güləşçi rəqibinin son görüşü olduğunu öyrəndikdən sonra geri qayıdaraq onun çiyinləri üzərinə alıb və dövrə vurub.

Görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.

Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun