2 uşaq anası estetik əməliyyat zamanı öldü - FOTO

7 Avqust 2024 10:25

2 uşaq anası estetik əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, estetik əməliyyat etdirmək məqsədi ilə İspaniyadan İstanbula gedən 42 yaşlı Perla Virginia Baez Garay əməliyyatdan 1 saat sonra həyatını itirib.

Əməliyyat zamanı halı pisləşən qadının həyatını xilas etmək mümkün olmayıb. Onun ölümü ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə İstanbulun Şişli səmtində yerləşən özəl klinikaların birində baş verib.

İsmayıl
Milli.Az