Ukraynaya 4,2 milyardlıq yardım təsdiqləndi

6 Avqust 2024 21:52

Avropa Birliyi Şurası Ukraynaya 4,2 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə AB Şurası məlumat yayıb.

Məlumata görə, "Ukraine Facility" proqramı çərçivəsində ayrılacaq yardım Ukraynanın makromaliyyə sabitliyinə dəstək və büdcə xərclərini qarşılamaq üçün istifadə olunacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun