“Air India” Banqladeşə uçuşları bərpa edib

7 Avqust 2024 06:17

Hindistanın ən böyük aviadaşıyıcısı olan "Air India" şirkəti Banqladeşdəki siyasi böhran fonunda bazar ertəsi dayandırılan Dəkkəyə uçuşları bərpa edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

"Air İndia" avqustun 6-da Dehli-Dəkkə-Dehli marşrutu üzrə AI 237/238 nömrəli axşam reyslərini yerinə yetirməyə başlayacaq", - aviaşirkətin açıqlamasında deyilir.

Bundan əlavə, Dəkkədəki mövcud vəziyyətlə əlaqədar olaraq, "Air India" müştərilərinə avqustun 4-dən 7-nə qədər Dəkkəyə və Dəkkədən olan istənilən reys üçün təsdiqlənmiş rezervasiyanın dəyişdirilməsi halında endirim də təqdim edib.

Xatırladaq ki, daha əvvəl Banqladeşin paytaxtındakı Həzrət Şahcəlal Beynəlxalq Hava Limanı ölkədəki qeyri-sabit vəziyyət fonunda bağlandıqdan sonra fəaliyyətini bərpa edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun