Finlandiyanın xaricdə yaşayanlara pensiya ödəməmək təklifi 24 min insana təsir edəcək

6 Avqust 2024 20:52

Finlandiya hökumətinin xaricdə yaşayan vətəndaşlara "xalq" təqaüdünün ödənilməməsi təklifi 24 min insana təsir edəcək, ildə təxminən 38 milyon avro büdcə qənaəti yaradacaq, amma həm də məhkəmə iddiaları riski yaradacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın "Kela" sosial agentliyi məlumat yayıb.

Finlandiyanın pensiya sistemi qeyri-dövlət pensiya fondlarına (QDPF) əsaslanır və burada vəsait qazanclardan ödənişlərlə toplanır. Hansısa səbəbdən QDPF-dən pensiya almayan finlər müəyyən yaşa çatdıqdan sonra dövlət və ya "milli" pensiya almağa başlayırlar. Hazırda bu, ayda 775,70 avro təşkil edir. 2024-cü ilin ortalarında hökumət büdcəni tarazlaşdırmaq üçün xaricdə yaşayan finlərə "xalq" pensiyalarının ödənilməsinin ləğvini təklif edib. Qanunvericilik dəyişikliklərinin 2025-ci ilin əvvəlində qüvvəyə minəcəyi gözlənilir.

Finlandiyanın müxtəlif təqaüdçülər assosiasiyaları qeyd ediblər ki, Finlandiyada yüksək yaşayış dəyəri ilə müqayisədə aşağı pensiyalar, güman ki, insanları ölkəni tərk etməyə məcbur edib, pensiyaçıların Finlandiyaya qayıtması halında isə ölkə onların sosial təminatı üçün daha yüksək xərclərlə üzləşəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun