İran Netanyahunu öldürməlidir - Nahapetyan

6 Avqust 2024 17:30

İndi Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İran asimmetrik hərəkətlərdən çəkinməli və müharibənin qarşısını almalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.

"Tehranın atdığı addımlar simmetrik olmalıdır, yəni İran İsrailin yüksək rütbəli məmurlarının - Netanyahu və ya ordu rəhbərinin qətlini təşkil etməlidir. Tehranın hərəkətləri müharibəyə səbəb olarsa, bu böyük müharibədə hamı iştirak edəcək: Türkiyə, Rusiya və ABŞ. İranı müharibəyə cəlb etmək ABŞ-a deyil, Böyük Britaniya və İsrailə lazımdır. İngilislər isə bütün bunları öz adalarından sakitcə izləyəcəklər", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun