Alla Puqaçova uşaqlarını da götürüb Rusiyaya yollanır?

6 Avqust 2024 15:24

Komediya aktyoru və parodiyaçı Maksim Qalkin estrada ulduzu Alla Puqaçovanın Rusiyada solo konsert verməyi planlaşdırdığı barədə "Mash" "Telegram" kanalının yaydığı məlumatı təkzib edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, parodiyaçı bu barədə özünün "Instagram" hesabından yazıb.

Məşhur aparıcı bu məlumatı başdan-ayağa uydurma adlandırıb.

"Onlar haradan götürüblər ki, Alla Rusiyaya getməyi planlaşdırır? Bunu necə fikirləşirlər? Niyə müxtəlif məhkəmə instansiyalarında həqiqəti müdafiə etmək Rusiyada işi davam etdirmək istəyi kimi qəbul edilir?" - deyə o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun