Sənan Süleymanov yarımfinalda uduzdu, ümid bürüncə qaldı - YENİLƏNİB

6 Avqust 2024 21:22

21:22

S.Süleymanov bu görüşdə isə  Zoltan Levaiyə (Macarıstan) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi Demeu Jadrayev (Qazaxıstan) olub. Görüş qazax güləşçinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Süleymanov sabah keçiriləcək görüşdə bürünc medal uğrunda yarışacaq.

15:18

Sənan Süleymanov (77 kq) Paris Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. 

Milli.Az xəbər verir ki, təmsilçimiz 1/4 finalda macarıstanlı Zoltan Levayla üz-üzə gəlib. 

1/8 finalda zədələnən idmançımız yarımfinala vəsiqə qazanıb. 

-------------
14:28


Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün yunan-Roma güləşində daha iki çəkidə mübarizəyə start verilib.

Azərbaycan millisinin bir güləşçisi xalçaya çıxıb. Sənan Süleymanov Fransa paytaxtında mübarizəyə başlayıb.

Yunan-Roma güləşi
77 kq
Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov yarışa 1/8 finaldan başlayıb. Aik Mnatsakanyanla (Bolqarıstan) güləşən idmançımız görüşün gedişində zədələnməsinə baxmayaraq, xalçaya qayıdaraq inamlı qələbə qazanıb - 2:0.

Qeyd edək ki, Sənan Avropa çempionatlarında qızıl və ikiqat bürünc mükafatçısıdır.

------------

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu gün yunan-Roma güləşində daha iki çəkidə mübarizəyə start veriləcək.

Azərbaycan millisinin bir güləşçisi xalçaya çıxacaq. Sənan Süleymanov Fransa paytaxtında mübarizəyə başlayacaq. Qarşılaşmalara Bakı vaxtı ilə saat 13:30-da start veriləcək.

Yunan-Roma güləşi
77 kq
Dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Sənan Süleymanov yarışa 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi Aik Mnatsakanyan (Bolqarıstan) olacaq.

Qeyd edək ki, Sənan Avropa çempionatlarında qızıl və ikiqat bürünc mükafatçısıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun