Paris-2024-də Fransa - İspaniya finalı

6 Avqust 2024 09:46

Paris-2024-də kişilər arasında futbol yarışında finalçılar müəyyənləşib.

Milli.Az xəbər verir ki, ilk yarımfinal matçında Mərakeş və İspaniya milliləri üzə gəlib. Afrikalılar Soufiane Rahiminin penalti qolu ilə 37-ci dəqiqədə hesabda önə keçsələr də, ikinci yarıda qələbəni əldən veriblər. Fermin Lopez (66-cı dəqiqədə) və Juanlu Sançezin (85) qolları ilə əzmkar qələbə (2:1) qazanan İspaniya yığması olimpiadada ilk finalçı olub. 

Digər yarımfinal cütündə isə meydan sahibləri Misirlə üz-üzə gəlib. Bu matçda isə Fransa əzmkar qələbəyə sevinib. Mahmoud Saber 62-ci dəqqədə Afrika təmsilçisini hesabda önə keçirsə də, Jean-Philippe Mateta 83-cü dəqiqədə hesabı bərabərləşdirib. Əlavə vaxtın əvvəlində Omar Fayed qırmızı vərəqə aldığından Misir millisi azlıqda qalıb. Say üstünlüyündən istifadə edən Fransa millisi Matetanın və Olisenin qolları ilə əlavə vaxtda istəyinə çatıb. Beləliklə, 3:1 hesablı qələyə sevinən Fransa finalda İspaniyaya rəqib olub.  

Qeyd edək ki, final avqustun 9-da keçiriləcək. 1 gün əvvəl isə Misir - Mərakeş matçında bürünc medalın sahibi müəyyənləşəcək. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun