Nobel mükafatlı alim vəfat etdi

6 Avqust 2024 09:27

Çin əsilli ABŞ-li fizik, fizika üzrə Nobel mükafatı laureatı Li Çjendao 97 yaşında San-Fransiskoda vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o 1926-cı ildə Şanxayda anadan olub. 1946-cı ildə ABŞ-yə köçən Çjendao Çikaqo Universitetində təhsil alıb.

O, 1956-cı ildə 30 yaşında bu ali təhsil ocağının ən gənc professoru olub və bir il sonra Nobel mükafatına layiq görülüb. Çjendao tarixdə ikinci ən gənc mükafatçı olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun