“Yeddi günə yetmiş il yaşlanan qızım”

6 Avqust 2024 09:13

"Dürdanə xanım, Xocalı balam! Xocalı faciyəsini çiynində daşıyan, yeddi günə yetmiş il yaşlanan qızım.

Axıtdığın göz yaşını şəffaf görmürdüm, al qan idi... Görən görürdü".

Milli.Az olay-a istinadən yazır ki, bu sözləri Xalq artisti Flora Kərimova Xocalı şahidi Dürdanə Ağayeva haqqında yazıb. O, mərhumla bağlı bu sözləri qeyd edib:

"Allah sənə rəhmət eyləsin... Övlad nigaranlığı daima ana qəlbinin qübarıdır. Qızın Azərbaycana əmanətin olsun. Sevindirən odur ki, Xocalının qisasını gözlərinlə gördün, canından artıq olan torpağına qovuşdun, evinə-ocağına qovuşdun. Rahat uyu, qızım...".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun