Britni Spirsin həyatı film olur

6 Avqust 2024 07:58

"Universal Pictures" kinostudiyası Britni Spirsin ən çox satılan "İçimdəki qadın" kitabının film adaptasiyası hüququnu hərracda əldə edib və artıq çəkilişlərə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Ekran işini amerikalı rejissor Con Çu lentə alacaq.

Filmin çəkilişlərində Britninin özünün də iştirak edəcəyi deyilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun