Rusiya-Gürcüstan sərhədi bağlanır - Sabahdan

5 Avqust 2024 20:55

Gürcüstan-Rusiya sərhədindəki "Kazbegi" keçid məntəqəsi avqustun 6-da müvəqqəti olaraq bağlanacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Tiflis vaxtilə saat 05:00-dan 10:00-a qədər texniki işlərlə əlaqədar keçid məntəqəsi bağlı olacaq. Hazırda 4 mindən çox yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun