İsrail ordusunun hücum planları hazırdır - Qordin

5 Avqust 2024 20:33

İsrail ordusunun gələcək hücum hərəkətləri ilə bağlı planlar hazırdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının zabiti Ori Qordin bildirib.

"Gələcək hücum əməliyyatlarımız üçün planlar hazırdır, bütün bölmələr gözləmə rejimindədir", - İsrail zabiti qeyd edib.

Onun sözlərinə görə, İsrail əsgərləri ölkənin şimalındakı vəziyyəti dəyişmək və sakinləri evlərinə qaytarmaqda qətiyyətlidirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun