Malayziya və Nigeriya öz vətəndaşlarına Böyük Britaniyaya səyahətlə bağlı xəbərdarlıq edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Malayziyanın Xarici İşlər Nazirliyi Britaniyada yaşayan və ya Birləşmiş Krallığa səfər edəcək malayziyalılara etiraz bölgələrindən uzaq durmağı, sayıq qalmağı tövsiyə edən xəbərdarlıq yayıb. Eyni xəbərdarlığı Nigeriya Daxili İşlər Nazirliyi də edib.
Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barədə xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun