Orxan Qarayev banka rəhbər təyin olundu

5 Avqust 2024 17:02

TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, İdarə Heyətinin sədr müavini Orxan Qarayev bankın İH-nin yeni sədri təyin edilib.

Bundan əlavə TuranBank-ın İdarə Heyətinə 3 yeni üzv təyin olunub. Bunlar Bəxtiyar Məmmədov, Çingiz Ağayev və Emil Mürsəlovdur.

Xatırladaq ki, TuranBank 1992-ci ildən fəaliyyət göstərir. Bank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun