Uzun müddətdir televiziya seriallarında rol almayan türkiyəli aktyor Mehmet Günsür ekranlara qayıdır.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, o, "Annem Ankara" adlı serialda Bergüzar Korel ilə baş rolu paylaşacaq.
Korelin "Zuhal Angigün" obrazını canlandıracağı layihədə Mehmet "Hasan" obrazı ilə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, Günsür sonuncu dəfə "Muhteşem yüzyıl" serialında rol alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun