"İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) komandiri general Hüseyn Salami İsrail ərazisində "Dürüst vəd" ("Əl Vəəd əs Sadeq") adlı yeni xüsusi əməliyyatın anonsunu verdi.
Milli.Az bildirir ki, general deyib: "Dürüst vəd" əməliyyatı sionist quruluşun ürəyində müstəsna və vacib bir əməliyyat olacaq. Sionist quruluş öz xalqının hüquqlarını tələb edən mücahidi öldürdü və buna görə qəti cavab alacaq. Sionistlər güclü və qəti cavab aldıqda, nə qədər ciddi səhv etdiklərini başa düşəcəklər,".
Qeyd edək ki, 2006-cı ildə İrana bağlı "Hizbullah" təşkilatının keçirdiyi "Əl Vəəd əs Sadeq" ("Dürüst vəd") əməliyyatı nəticəsində iki israilli əsgər qaçırılmışdı. Əvəzində "Hizbullah" livanlı terrorçuların - başda məşhur döyüşçü Samir Kuntar olmaqla - azad olunmasını tələb etmişdi.
Məhz Ehud Qoldvaser və Eldad Regev adlı israilli əsgərlərin qaçırılması və öldürülməsi İkinci Livan müharibəsinə səbəb olmuşdu, bu müharibədə İsrail məğlub olmuşdu. İsrail Müdafiə Qüvvələri elan etdiyi məqsədlərə nail ola bilmədi və "Hizbullah"ı məhv etmək, habelə Beyrutun şiə hissəsi olan Dahiya bölgəsini ələ keçirmək mümkün olmadı. Bu günə qədər Dahiya "Hizbullah"ın tam nəzarətindədir.
Görünür, İran İsraillə başlayacaq müharibənin əsas meydanının Cənubi Livan ərazisi olacağını birmənalı şəkildə nəzərə çatdırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun