“YAŞAT” Fondu şəhid atasına dəstək göstərdi

5 Avqust 2024 15:35

"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

Şəhidimiz Vüqar Əvəzovun atası Məmmədağa Əvəzova həkimlər tərəfindən təyin olunan diaqnoz əsasında pnevmoretinopeksiya əməliyyatı icra olunub. Əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan hissəsi "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

"YAŞAT" Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

'Youtube' link - https://youtu.be/UvTd287TGt4

Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada video - https://we.tl/t-6I44xWUKi3