Bu ölkədə də meymunçiçəyi virusu aşkarlandı

5 Avqust 2024 12:45

Uqandada ilk dəfə meymun çiçəyi virus (Mpox) infeksiyası qeydə alınıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, Kasese və Mpondve şəhərlərində yoluxma halları aşkar edilib.

Uqanda Səhiyyə Nazirliyi infeksiyanın qonşu ölkədən, Konqo Demokratik Respublikasından gəldiyini müəyyən edib. Artıq iki xəstə virusa yoluxub. Doqquz nəfər yoluxmuş insanlarla təmasda olduğu üçün həkim nəzarətinə götürülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun