Olimpiada iştirakçılarının təxminən dörddə biri dopinq testi verib

4 Avqust 2024 20:50

Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təxminən dörddə biri dopinq testi verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 3-nə olan məlumata görə, 2 682 idmançıdan ümumilikdə 2 910 nümunə toplanıb.

Bununla da, olimpiya yarışlarında iştirak edən idmançıların 23,8%-i dopinq üçün yoxlanılıb.

Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək davam edəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun