İran və Ermənistan Qafanda birgə texniki-peşə mərkəzi yaradır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə mətbuata açıqlamasında Şərqi Azərbaycan əyalətinin Texniki-Peşə Mərkəzinin rəhbəri Əli Məşayexi deyib.
Məşayexi Ermənistanın onlardan üç istiqamət - günəş enerjisi panellərinin quraşdırılması, mədənçilik və informasiya texnologiyaları üzrə peşə təhsilinin verilməsi sahəsində kömək istədiyini bildirib.
Layihədə ləngimə olmasa, tədrisin bu il başlaması nəzərdə tutulur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun