Ucuz qaz istehlak edəndə və ya atom elektrik stansiyası üçün yanacaq alanda niyə Rusiyanın təsirini xatırlamırsınız?
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan parlamentinin müxalifətdən olan deputatı Eduard Şarmazanov Rusiyanın ölkəyə mənfi təsirləri haqda suala cavabında deyib.
O bildirib ki, Ermənistanda mövcud ciddi təhlükəsizlik vəziyyəti Rusiyanın təsirinin deyil, Paşinyanın Qərbin təkidi ilə 9/10 noyabr tarixli üçtərəfli bəyanatdan imtina etməsinin nəticəsidir.
Onun fikrincə, Paşinyan üçtərəfli bəyanatdan imtina etməsəydi, hazırda Qarabağ "ermənilərin olacaqdı".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun