MMA döyüşçüsü Vladimir İvaşkin Krasnoyarskda yolda yaranan vəziyyətə görə bir nəfəri döyərək münaqişəyə səbəb olub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə MASH teleqram kanalı məlumat yayıb.
İvaşkin iddia edir ki, digər sürücü ona dairəvi yolda hərəkət hüququ verməyib və aqressiv ünsiyyətə başlayıb.
"Mən onu vurmadım, sadəcə şapalaqladım ki, özünə gəlsin. O deyir ki, siz dönmə siqnalı olmadan sürürsünüz. Məndə dönmə siqnalı var idi, bu bir, ikincisi, mən ona deyirəm ki, dairədəyəm, icazə ver gedim, sonra nə istəyirsən et. Mən onu özünə gətirmək üçün üzünə vurdum, amma o dayanmadı - qışqırdı, qışqırdı, buna görə də dava etdik", - deyə İvaşkin özü baş verənləri şərh edib.
Vladimir Rusiyanın ən qocaman MMA döyüşçülərindən biridir, eyni zamanda Nazarovoda Rusiya Federasiyası Kommunist Partiyasından deputatdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun