İsrail HHQ “Hizbullah”ın mövqelərinə zərbə endirdi

4 Avqust 2024 07:44

İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" təşkilatının Livanın cənubunda yerləşən Kfarkilada kəndindəki "terrorçu obyektlərinə" zərbə endirdiyini açıqlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

Bundan başqa, məlumata görə, "İsrail HHQ Deyr-Sirian ərazisində "Hizbullah"ın terrorçusunu məhv edib".

Qeyd olunub ki, İsrailin artilleriyası radikalların Livanın cənubundakı mövqelərinə zərbə endirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun