Polad Həşimovun oğlundan qürurlandırıcı nəticə

4 Avqust 2024 01:15

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Feysbukda "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.

Qeyd olunub ki, o, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-ın "Purdue" Universitetində davam etdirəcək.

Davudun kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun