"Ermənilər müsabiqədə bizə səs verilməsinə mane oldular"

3 Avqust 2024 23:31

Xalq artisti Nəzakət Teymurova "Söhbət var" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndə xarici Özbəkistanda təşkil olunan müsabiqələrdən birində erməni münsiflərin onların birinci olmasına mane olduğunu açıqlayıb:

"Özbəkistanda münsiflər heyyətinin fəxri qonağı ermənilər idi. Xarici ölkəyə gedəndə birinci bayrağımız gəlir. Qısqanclıqdan ermənilər orada bizə səs verilməsinə mane oldular. Mənə mükafatı UNESCO verdi. Halbuki bizə qran-pri veriləcəkdi. Pis oldum orada. Amma UNESCO gördü ki, Azərbaycana yer verilmədi, özləri bizə onların "Ən gözəl səs"i adını verdilər. 1992-1993-cü illərdən qaçqın olmuşuq. Orada da ermənilərin gəlib öz təsirlərini göstərməsi mənə toxunmuşdu. Hazqsızlıqları görəndə bunu özümə bağışlaya bilmirdim". 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun