Erməni jurnalist Fransada həbs edildi - SƏBƏB

4 Avqust 2024 00:48

Bir müddət əvvəl Ermənistana girişinə qadağa qoyulduğuna görə Zvartnots hava limanında 40 gündən çox aclıq edən və nəhayət, geri göndərilən erməni əsilli Fransa jurnalisti Leo Nikolyan həbs edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Fransa mediası onun ictimai nəqliyyatda yəhudi sərnişini ələ saldığına görə həbs edildiyini yazıb.

Erməni jurnalist avqustun 22-nə təyin edilmiş məhkəmə iclasına qədər həbsdə qalacaq. Nikolyanın sonrakı taleyinə məhkəmə qərar verəcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun