Türkiyə ilə Rusiya arasında Suriya ilə bağlı kritik görüş

3 Avqust 2024 19:20

Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmazla Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev arasında Ankarada görüş keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, müvafiq qurumların nümayəndələrinin də iştirak etdikləri görüşdə Suriya məsələsində məsləhətləşmələr aparılıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun