"Standard & Poor's" "Azərbaycan Dəmir Yolları" QSC-yə "BB+" kredit reytinqi verib

22 İyun 2012 14:29
"Standard & Poor's" kredit reytinqləri xidməti "Azərbaycan Dəmir Yolları" QSC-yə "BB+" uzunmüddətli kredit reytinqi verib. Trend-in məlumatına görə, bu barədə cümə günü agentliyin yaydığı məlumatda deyilir.

Reytinqlərin dəyişmə proqnozu "Sabit"dir.

"QSC-nin reytinqi bizim şirkətin (SACP) "bb-" səviyyəsində kredit qabiliyyətini qiymətləndirməyimiz, habelə çox böyük ehtimalla Azərbaycan hökumətinin (BBB-/Sabit/A-3) QSC-yə stressli maliyyə vəziyyətində vaxtında və olduqca təcili yardım göstərəcəyini düşünməyimizlə şərtlənib", - məlumatda bildirilir.

S&P-nin kriteriyalarına əsasən, dövlətlə bağlı təşkilatlara reytinqlərin verilməsi, təcili dövlət dəstəyinin yüksək ehtimalı haqqında rəy QSC-nin qiymətləndirilməsinin növbəti nəticələrinə əsaslanır:

- şirkət Azərbaycan hökuməti üçün çox vacib rol oynayır. Bu, QSC-nin dəmir yolları milli şəbəkəsinin və hərəkət heyətinin sahibi və operatoru kimi inhisar mövqeyini əks etdirir. Agentliyin ekspertlərinin fikrincə, QSC Azərbaycanın infrastrukturunun inkişafı üzrə ölkə hökumətinin prqoramlarının reallaşdırılmasında müstəsna rol oynayır. İnfrastrukturun inkişafı hökumətin əsas prioritetlərindən biridir;

- nəzərə alsaq ki, QSC 100 faizlik dövlət şirkətidir və hökumət QSC-nin rəhbərlərini təyin edir, deməli, şirkətin Azərbaycan hökuməti ilə çox güclü əlaqələri var. S&P-nin proqnozlarına əsasən, şirkət ortamüddətli perspektivdə özəlləşdirilməyəcək.

"QSC-nin öz kredit qabiliyyətinin xarakteristikaları (SACP, "bb-") QSC-nin biznes risklərinin profilini məqbul və maliyyə riski profilini aqressiv kimi qiymətləndirməyimizi əks etdirir", - xidmətin ekspertləri hesab edirlər.

Şirkətin biznes risklərinin məqbul profilinə QSC-nin dəmir yolları milli şəbəkəsinin inhisarçı operatoru kimi statusu və şirkətin uzun müddət nümayiş etdirdiyi yaxşı rentabellik göstəriciləri müsbət təsir edir. Bu müsbət faktorlar modernləşməyə ehtiyacı olan infrastrukturun və hərəkət heyətinin yüksək dərəcədə köhnəlməsi, habelə yüklərin daşınması sahəsində avtomobil və boru kəməri nəqliyyatı tərəfindən rəqabətlə neytrallaşdırılır. Agentliyin ekspertlərinin fikrincə, şirkət (Azərbaycanın iqtisadiyyatı kimi) neftə olan dünya tələbatının dəyişməsi ilə bağlı müəyyən riskə məruz qalıb.

"Maliyyə riskinin aqressiv profili QSC-nin maliyyə təsirinin aşağı səviyyəsini əks etdirir. Bu faktor yüksək kapital xərcləri ilə şərtlənən sərbəst pul kütləsininin xeyli mənfi həcmini neytrallaşdırır. Hökumət şirkətə kapital xərclərinin maliyyələşdirilməsi üçün xeyli vəsait ayırmayıb. Çünki əvvəllər bu tələb olunmurdu", - məlumatda qeyd edilir.

Xidmət vurğulayır ki, maliyyə riskinin aqressiv profili, həmçinin Azərbaycanın bank sisteminin kifayət qədər yüksək inkişaf etməyən səviyyəsini əks etdirir.

"Sabit" proqnozu QSC-nin dövlət vəsaitləri hesabına kapital xərclərini maliyyələşdirəcəyi, habelə QSC-nin şirkətin tarifləri yüksəltmək və yük daşımalarını artırmaq ehtımalı sayəsində mədaxili və gəlirinin artırılması imkanı haqqında agentliyin fikrini əks etdirir. Agentliyin baza ssenarisinə uyğun olaraq, şirkət ortamüddətli perspektivdə "borc/EBITDA" düzəliş edilmiş münasibətini 2x-dən aşağı dəstəkləyə bilər. Biz bunu reytinqin cari səviyyəsinə uyğun hesab edirik. "Sabit" proqnozu, həmçinin Azərbaycanın suveren reytinqləri üzrə proqnozunu əks etdirir.

Xidmətin ekspertlərinin fikrincə, siyasətin dəyişməsi nəticəsində əgər "borc/EBITDA" düzəliş edilmiş münasibəti 2x-i ötərsə, reytinqlər aşağı salına bilər. Nəticədə, QSC hökumət vəsaitləri hesabına deyil, xarici mənbələr hesabına kapital xərclərinin irimiqyaslı proqramını maliyyələşdirəcək. Əgər Azərbaycan hökumətindən cari likvidlik dəstəyi vaxtında təqdim edilməsə və ya Azərbaycana qarşı mənfi reytinq fəaliyyəti baş verərsə, mənfi reytinq fəaliyyəti mümkündür.

"Müsbət reytinq fəaliyyəti yalnız Azərbaycana qarşı analoji hal baş verəcəyi təqdirdə ola bilər. QSC-nin kredit reytinqinin yüksəldilməsi üçün SACP şirkətinin "bb+" səviyyəsinədək yaxşılaşdırılması tələb olunacaq", - xidmətin ekspertləri hesab edirlər.

Milli.Az