Kamala Harris Trampın debatların tarixinə dair təklifi ilə razılaşmayıb

3 Avqust 2024 20:35

ABŞ prezidentliyinə demokratların namizədi Kamala Harrisin Seçki Qərargahı Donald Trampı əldə olunan razılaşmaya riayət etməyə və növbəti debatları sentyabrın 10-da keçirməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qurumdan bildirilib ki, Kamala Harris D. Trampın 4 sentyabr təklifi ilə razılaşmır.

Qeyd edək ki, ABŞ-də Prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun